Fakültədə növbəri elmi seminar keçirildi
Bakı Dövlət Universteti Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının dosenti , b.ü.f.d. Şəfiyeva Samirə Məzahir qızının elmi seminarı keçirilmişdir
Seminarın mövzusu “Mikroorqanizmlərin kulturalar kolleksiyasında saxlanılması” olmuşdur. Məruzəçi qeyd etdi ki, bizi əhatə edən mikrob aləminin dərk edilməsi prosesində canlı mikroorqanizmlərin uzun müddət öz morfoloji, fizioloji, biokimyəvi və digər xassələrinin itirilmədən saxlanması vacibliyi meydana çıxmışdır. Faydalı mikroorqanizmlərin zəmanətli saxlanmasını bütün dünyada kulturalar kolleksiyası həyata keçirir. Bu kolleksiyalarda saxlanılan kulturalar fondu mikrobiologiya, genetika, molekulyar biologiya, gen mühəndisliyi və digər elmi sahələrin nailiyyətlərinin sənayədə və kənd təssürafatında uğurlu tətbiqi üçün əsasdır. Məruzəçi yer üzərində biomüxtəlifliyin qorunması barədə Beynalxalq Konvensiyanın qəbul edilməsi ilə bağlı olaraq müxtəlif ölkələrdə mikroorqanizmlərin təmiz kulturalarının saxlanıb qorunması daha böyük əhəmiyyət kəsb edir. Mikroorqanizmlərin kulturalar kolleksiyasında saxlanması üçün müxəlif üsullar istifadə edilir. Daimi istifadə olunan kulturalar qısa müddətli üsullarla saxlanılır. Bu üsulların həm üstünlükləri, həm də mənfi cəhətləri var. Bununla belə, kulturalar bir neçə həftədən çox istifadə edilməyəcəksə, mikrob kulturarın maksimum canlığını təmin etmək üçün daha uzunmüddətli saxlama üsulları nəzərdən keçirilməlidir. Bu, mikroorqanizmlərin dərin dondurulması, onları dondurulmuş vəziyyətdən qurudulması (liofilizasiya) və birbaşa maye vəziyyətdən (L-qurutma) qurudulması ilə əldə edilir. Odur ki, yeni bakteriya ştammlarını kriokonservasiya edərkən əvvəlcə müxtəlif növ krioprotektorların onlara təsirini yoxlamaq və həm bu tip mikroorqanizmlərə, həm də onların sonrakı saxlanma şəraitinə uyğun olanı seçmək lazımdır. Beləliklə, müxtəlif növ mikroorqanizmlərin kolleksiyada saxlanması zamamanı spondan dəyişkənliklərin az baş verə biləcəyi metodların seçilməsi və eləcə də, saxlanma zamanı itirilmiş və dəyişilmiş xassələrin bərpa olunmasına imkan verən metodların axtarılması böyük əhəmiyyət kəsb edir. Məruzəçi auditoriyaya saxlama üsullarının təkmilləşdirilməsi, mövcud metodların optimallaşdırılması, birləşdirilmiş metodlardan istifadə, həmçinin hüceyrələrin hərəkətsiz vəziyyətə köçürülməsi üçün yeni yanaşmaların olduğunu qeyd etdi. Sonda məruzəçi mikroorqanizm kulturalarının toplanması davam etdiyini , onların saxlanması, bərpası üçün yeni üsulların axtarışının aparılmasını və bunlarında mikrob kulturalarının konservasiyası üçün yeni perspektivlər açdığını auditoriyaya çatdırdı.