Məktəblilər BDU-nun Biologiya fakültəsində
07.05.2024-cü il tarixində 267 saylı tam orta məktəbin III Bakı Elm Olimpiadasının finalçıları olan 10-cu sinif şagirdləri və müəllim heyəti Bakı Dövlət Universitetinin Biologiya fakültəsini ziyarət edərək laboratoriyalarla tanış olublar. Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahov laboratoriyada istifadə olunan muasir cihazların iş prinsipləri ilə şagirdləri tanış etmiş, müasir tədqiqat texnologiyaları və metodları barədə məlumat vermişdir. O, bitki biotexnologiyasının günümüzdə rolu, kənd təsərrüfatının qarşısında olan problemlər və onların aradan qaldırılmasında yeni metodların tətbiqi haqqında geniş izah vermişdir. Eyni zamanda hidropon texnologiyalarından istifadənin əhəmiyyəti, onların tətbiqi haqqında da məlumat şagirdlərə çatdırılmışdır.