Magistrantların elmi-tədqiqat təcrübələri başa çatıb
İkinci kurs magistrantların elmi-tədqiqat təcrübələri başa çatıb
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin II kurs magistrantlarının elmi tədqiqat təcrübələri başa çatıb. Elmi -tədqiqat təcrübəsi keçən II kurs magistrantlar fakütə dekanı, kafedra müdirləri, müəllimlər qarşısında hesabatları ilə çıxış ediblər və onlara verilən sualları cavablandırıblar.
Tələbələr laboratoriyalarda təcrübə keçdikləri 4 həftə müddətində orada aparılan elmi tədqiqat işləri, cihaz və avadanlıqların iş prinsipi ilə tanış olublar. Onlar həmçinin rəhbərlərinin nəzarəti altında elmi-tədqiqat işləri aparıb və dünya praktikasında tətbiq olunan metodları mənimsəyiblər. Sonda Dekan Afət Məmmədova magistrantların əldə etdikləri bilik və təcrübi bacarıqların onların gələcək fəaliyyətləri üçün əhəmiyyətli olacağına əmin olduğunu bildirib.