Magistrant Buffalo Universitetində təhsil alacaq
Biologiya fakültəsinin magistrantı Nyu York Buffalo Universitetində tam təqaüdlü doktorantura proqramı üzrə təhsil alacaq
Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasında “Biokimya” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan əcnəbi tələbə Adeoke Olatunbosun Nyu York Buffalo Universiteti nəzdində, Jacobs Tibb və biotibbi elmlər məktəbində “Biotibbi elmlər” ixtisası üzrə tam təqaüdlü (dövlət sifarişli) doktaranturaya (fəlsəfə doktoru elmi dərəcəsəi almaq üçün) qəbul olmuşdur. Adeoke Olatunbosun magistr təhsili müddətində müəllimlərinin rəğbətini qazanmış, tədris olunan fənnlərdə semestr boyu iştirakı və imtahan sessiyasında yüksək göstəriciləri ilə fərqlənmişdir.
Təhsil müddətində b.ü.f.d. Nigar Hüseynovanın rəhbərliyi altında «Nanohissəciklərin fotosintetik piqmentlərin sintez prosesinə təsirinin tədqiqi» adlı dissertasiya işi üzərində tədqiqatlar aparmış nəticələri nüfuzlu jurnalda ( “Journal of environmental science and public health” (IF-3.6) məqlədə təqdim etmişdir.. Qeyd etmək istərdik ki, magistr mövzusu və təcrübə nəticələri doktaranturaya qəbul müsahibəsində xeyli maraq doğurmuş və müsbət qarşılanmışdır. Adeoke Olatunbosun magistr təhsilinin səviyyəsində BDU Biologiya fakültəsində əldə etdiyi bacarıq sayəsində , kafedrada yaradılmış elmi mümbit mühit və aparılan tədqiqatın nəticələri xarici ekspertlərdə müsbət rəy formalaşdırmışdır.
Nigeriyalı tələbəmizə gələcək elmi fəaliyyətində uğurlar arzu edirik!