LERİK VƏ LƏNKƏRAN RAYONLARINA SƏFƏR
Biologiya fakültəsində tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirilir. Müqəddəs Ramazan Bayramında bir qrup tələbə və müəllim heyəti 03.05.2022-ci il tarixində bayram tətilinin daha da maraqlı, əyləncəli və yaddaqalan olması üçün Azərbaycanın dilbər guşələrindən olan Lerik və Lənkəran rayonlarına səfər etmişlər. Tur proqramına uyğun olaraq onlar Lənkəran rayonunda Xanbulan çayının sahilində, sahilyanı meşə massivində xatirə şəkilləri çəkdirmiş, Lerik rayonunun Meşəbəyi və Təbəssüm istirahət mərkəzlərində isə maraqlı oyunlar, viktorinalar keçirərək, qalibləri simvolik hədiyyələrlə mükafatlandırmışlar. Səfərin ən yaddaqalan hissəsi isə yerli və xarici müsiqiçilərin repertuarına müraciət edən tələbələrin şən ifaları, gözəl rəqsləri olmuşdur. Bu kimi gəzintilərin təşkil edilməsi fakültəmizin tələbələrinin təbiətə olan marağını, ictimai fəallığını artırmaq, eləcədə dərs zamanı qazanılan nəzəri biliklərlərin tətbiqi, onların bacarıqlara keçməsi baxımından cox faydalıdır.