"Kriminalistik genetika və STR analizi" mövzusunda elmi seminar keçirilib
-lg.jpg)
Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilaçtılığı ilə "Kriminalistik genetika və STR analizi" mövzusunda elmi seminar keçirilib. Tədbirdə Biologiya fakültəsinin II kurs tələbəsi Ofelya Abdullayeva çıxış edib.
Seminarda Kriminalistik Genetika haqqında ümumi biliklər, STR analizinin bioloji əhəmiyyəti və mərhələləri, bioloji nümunələrin götürülmə texnikaları, onların növləri, avtoklavdan istifadə qaydası müzakirə olunub. Eyni zamanda məhşur Colin Pitchfork hadisəsi, analiz zamanı edilən səhvlərin insanların həyatına mənfi təsiri haqqında danışılıb və
müzakirələr zamanı DNT ekspertizası prosesində çarpaz çirklənmənin (kontaminasiyanın) qarşısının alınması üçün laboratoriya avadanlıqlarının, xüsusilə də avtoklavın sterilizasiya rejiminin tam dəqiqliklə yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə Biologiya fakültəsi Tələbə Elmi Cəmiyyətin sədri, Rasim Abbaszadə çıxış edərək, kriminalistik genetika kimi həssas bir sahədə elmi dəqiqliyin həm də böyük bir məsuliyyət daşıdığını vurğulayıb. Sədr bu maraqlı və elmi müzakirələrə görə spikerə öz minnətdarlığını bildirib və bütün iştirakçılara təşəkkür edib.
Sonda maraqlı müzakirələrlə keçən görüş sualların interaktiv şəkildə cavablandırılması ilə yekunlaşıb.