Biologiya fakültəsində buraxılış işləri və magistr dissertasiyalarının müdafiələri keçirilib

Biologiya fakültəsində bakalavriat səviyyəsində buraxılış işlərinin, magistratura səviyyəsində isə magistr dissertasiyalarının müdafiələri uğurla yekunlaşıb.
Müdafiələr fakültənin müvafiq ixtisas və ixtisaslaşmaları üzrə yaradılmış Yekun Dövlət Attestasiya Komissiyalarının iştirakı ilə keçirilir. Tələbə və magistrantlar təhsil müddətində apardıqları elmi-tədqiqat işlərinin nəticələrini təqdim edir, mövzuları üzrə sualları cavablandırırlar.
Yekun Dövlət Attestasiya Komissiyalarına Biotexnologiya ixtisası üzrə akademik İradə Hüseynova, Biologiya ixtisası üzrə AMEA-nın müxbir üzvü Pənah Muradov, Su bioehtiyatları və akvakultura ixtisası üzrə biologiya elmləri doktoru, professor Şaiq İbrahimov, Bitki mühafizəsi ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru, dosent Vüqar Kərimov, Qida mühəndisliyi ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru Rəna Məmmədova sədrlik ediblər.
1-10 iyulda Biologiya ixtisası üzrə 93, Biotexnologiya ixtisası üzrə 16, Bitki mühafizəsi ixtisası üzrə isə 14, Qida mühəndisliyi ixtisası üzrə 13, Su bioehtiyatları və akvakultura üzrə 12, tələbə olmaq ümumilikdə 148 IV kurs tələbəsi müdafiədə iştirak edib.
Magistratura səviyyəsində isə 2 ixtisas tərkibində 20 ixtisaslaşma üzrə ümumilikdə 50 magistrant magistr dissertasiyasını müdafiə edib.
Müdafiələr zamanı tələbə və magistrantların nəzəri bilikləri, tədqiqat bacarıqları, mövzulara elmi yanaşma səviyyəsi və təqdimat qabiliyyətləri qiymətləndirilib.