Biologiya fakültəsində IV Respublika Olimpiadasının qalibləri təltif olunub

Biologiya fakültəsində ali məktəb tələbələri arasında keçirilmiş Biologiya fənni üzrə IV Respublika Olimpiadasının qaliblərinin təltifetmə mərasimi təşkil olunub.
Olimpiada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib. Respublikanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin iştirak etdiyi bilik yarışı 25 may 2026-cı ildə Bakı Dövlət Universitetində keçirilib.
İyulun 10-da keçirilən təltifetmə mərasimində olimpiadanın nəticələri açıqlanıb, ilk üç yeri tutmuş və həvəsləndirici mükafata layiq görülmüş tələbələr təltif olunublar. Təltifetmə mərasimində BDU Biologiya fakültəsinin dekanı Afət Məmmədova, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Olimpiadada I yerə Bakı Dövlət Universitetinin tələbəsi Sultan Paşazadə layiq görülüb.
II yerin qalibləri Azərbaycan Tibb Universitetinin tələbələri Səbinə Ömürova və Aslan Ələkbərov olublar.
III yerə Sumqayıt Dövlət Universitetinin tələbəsi Türkan Zülfüqar, Bakı Dövlət Universitetinin tələbəsi Aytən Məlikova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Ayşə Həsənli layiq görülüblər.
Olimpiadanın nəticələrinə əsasən, Bakı Dövlət Universitetinin tələbələri Aytac Məlikova, Nəzrin Aslanova və Nurlan Mustafayev, Azərbaycan Tibb Universitetinin tələbəsi Günay Əzimova, Sumqayıt Dövlət Universitetinin tələbəsi Saray Baxşiyeva, eləcə də Qarabağ Universitetinin tələbəsi Sevinc Cavadova həvəsləndirici mükafatla təltif ediliblər.
Təltifetmə mərasimində qaliblərin biologiya elminə marağı, nəzəri bilikləri və olimpiada zamanı nümayiş etdirdikləri yüksək hazırlıq səviyyəsi xüsusi qeyd olunub.