Biologiya fakültəsində yay imtahan sessiyası uğurla davam edir
-lg.jpg)
Biologiya fakültəsində 2025/2026-cı tədris ilinin yaz semestri üzrə iyunun 1-dən başlayan yay imtahan sessiyası uğurla davam edir.
Bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi formada iki növbədə — saat 10:00–13:00 və 14:00–17:00 aralığında keçirilir. Magistratura səviyyəsi üzrə imtahanlar isə saat 14:00-dan 16:30-dək təşkil olunur.
Biologiya fakültəsinin ümumilikdə bakalavriat səviyyəsində 906 və magistratura səviyyəsində 58 tələbəsi imtahan prosesinə cəlb olunub. İyunun 22-dək bakalavriat səviyyəsində keçirilmiş bakalavriat 167 imtahanda və magistratura 120 imtahan keçirilmişdir.
Müxtəlif səbəblərdən imtahanlarda iştirak edə bilməyən təhsilalanlar üçün müvafiq fənlər üzrə imtahan vermək imkanı 2026-cı il iyulun 3-dən 7-dək yaradılacaq.
İmtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi, prosesə operativ nəzarətin təmin olunması məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası fəaliyyət göstərir. Komissiya sessiya müddətində imtahanların gedişi ilə bağlı daxil olan ərizə və təklifləri, eləcə də Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş müraciət və şikayətləri araşdırır.