Kongress-HESABAT 2021
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin müəllim və tələbələri Beynəlxalq Kongressdə iştirak etmişdirlər. Genetika kafedrasının müəllimi Natəvan Baxşəliyeva və tələbələr Sara Əhmədova ilə Gülçin Əkbərli Avropa Kimyəvi Agentliyi (ECHA), Chemical Watch, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Avropa Zərərverici İdarəetmə Dərnəkləri Konfederasiyası (CEPA) kimi beynəlxalq aləmdə böyük rol oynayan bir çox təşkilatların dəstəyi ilə 5-7 Mart tarixlərində Onlayn formatda həyata keçirilmiş 5.Beynəlxalq Biyosidal Kongressinə qatılmışdırlar. “Synthesis of Silver Nanoparticles in The Extract From The Root of Scutellaria Baicalensis Plant” başlıqlı mövzu ilə məruzə edən Sara Əhmədova Bakı Dövlət Universitetini Kongressdə təmsil etmişdir. Türkiyə, Pakistan və Avropanın bir çox universtetlərinin də təmsil olunduğu Kongressdə Natəvan Baxşəliyeva, Sara Əhmədova və Gülçin Əkbərli Sertifikatlara layiq görülmüşdürlər.