Karlova Universitetinin əməkdaşları fakültədə
8 May 2023 09:36

Çexiyanın Karlova Universitetinin Zoologiya Departamentinin professorları Miroslav Svatora, Daniel Frinta, Vera Opatova Erasmus layihəsi çərçivəsində Biologiya fakültəsində olublar. Onlar Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyev, fakültənin bir qrup professor-müəllim heyəti ilə görüşərək birgə tədqiqatların davam etdirilməsi üzrə müzakirələr aparıblar. Qonaqlar Lənkərançay, Viləşçay, Ataçay, Qumbaşı çaylarında ixtioloji tədqiqatlar aparacaq. Ərazinin ixtiofaunasının növ tərkibi öyrəniləcək, populyasiya səviyyəsində genetik analizlər müqayisəli təhlil ediləcəkdir.
Son XƏBƏRLƏR
10.07.2026 | 13:38
Biologiya fakültəsində buraxılış işləri və magistr dissertasiyalarının müdafiələri keçirilib
10.07.2026 | 13:32
Biologiya fakültəsində IV Respublika Olimpiadasının qalibləri təltif olunub
29.06.2026 | 12:35
Biologiya fakültəsinin tələbələri Grand Agro Invitro MMC-də uzunmüddətli təcrübə keçir
26.06.2026 | 12:26