Justis Leibig Universitetinin əməkdaşları ilə görüş
07.10.2022-ci il tarixində Justis Leibig Universitetinin Heyvanların ekologiyası və sistematikası fakültəsinin dekanı professor Tomas Vilki və Naturalis Biomüxtəliflik Mərkəzinin professoru Frank Vesselingin Bakı Dövlət Universitetinin Biologiya fakültəsində qonaq oldular. Onlar fakültənin dekanı professor Afət Məmmədova və Zoologiya və fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyevlə gələcək planlar və lahiyələr barəsində müzakirələr aparmışlar. Professor Tomas Vilkinin və professor Frank Vesselinginin Bakıya səfərinin məqsədi Xəzər dənizinin unikal biomüxtəlifliyini, iqlim dəyişikliklərinin Xəzər dənizinin ekosisteminə təsirini öyrənmək üçün bir sıra universitetlərlə, müvafiq istiqamətli elmi-tədqiqat institutları ilə əməkdaşlıq etmək və birgə lahiyələr hazırlayıb, həyata keçirməkdir. Belə lahiyələri həyata keçirmək üçün Xəzər dənizinin bioresurslarının öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri aparan bütün qurumlar və alimlər arasında netverk yaratmaq əsas məqsədlərdən biridir. Bu məqsədə nail olmaq üçün gələcəkdə Justis Leibig Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq imkanlarının müzakirə ediləcəyi onlayn görüşlərin təşkil olunması barədə danışıqlar aparılmışdır.