İSTEHSALAT TƏCRÜBƏSİNİN DAVAMI
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin “Su bioehtiyatları və akvabitkilər” ixtisası üzrə təhsil alan IV kurs 124 A qrupunun tələbələri (14 nəfər) 26.04.2022-ci il tarixində Yevlax rayonunda Varvara kəndində fəaliyyət göstərən “Varvara-Balıq ASC” nərəbalıqyetişdirmə təsərrüfatında istehsalat təcrübəsi keçiblər. Təcrübə prosesində, həmçinin elmi-tədqiqat təcrübələrinin aparılması məqsədilə “Su bioehtiyatları” ixtisaslaşması üzrə təhsil alan I və II kurs magistrantları da (2 nəfər) iştirak edib.
Qeyd etmək lazımdır ki, “Varvara-Balıq ASC” 2017-ci ildə tikilib-istifadəyə verilib və Azərbaycanda fəaliyyət göstərən ən müasir tipli nərəbalıqartırma zavodlarından biridir. Zavodun yüksək texniki imkanlara malikdir və burada nərəbalıqartırma sahəsində dünya təcrübəsində məlum olan ən yeni texnologiyalar tətbiq edilir. Qeyd olunan balıqyetişdirmə təsərrüfatının özəlliklərindən biri də ondan ibarətdir ki, zavod temperatur rejimi idarə olunan havuzlarla təchiz olunub və nərələrin reproduktiv sürülərinin farmalaşdırılması üçün əlverişli imkanlara malikdir.
“Varvara-Balıq ASC” nərəbalıqyetişdirmə təsərrüfatı istehsal etdiyi balıq körpələrinin bir hissəsini Kür çayına və Xəzər dənizinə buraxır, eyni zamanda əmtəə məqsədilə müxtəlif növlü nərə balıqları yetişdirir və kürü məhsulu istehsal edir.
Təcrübə prosesində tələbələr və magistrantlar təsərrüfatın quruluşu, işləmə prinsipi, istehsalat prosesində istifadə olunan avadanlıqlar və qurğularla, balıqartırma prosesi ilə əyani tanış olublar. Reproduktiv nərələrin cinsiyyətinin və yetkinlik mərhələsinin qeyri-invaziv təyin edilməsi üçün istifadə olunan ulta-səs dianostika aparatı və törədicilərin elektron çiplərlə işarələnməsi üsulları ilə tanış olublar.
Tələbələr və magistrantlar təsərrüfatda nərələrin “hovuz” üsulu və nohurlarda yetişdirilməsi texnologiyaları ilə tanış olublar. Onların yemləndirlməsində istifadə olunan xarici və respublikada istifadə olunan qarışıq yemlərlə, həmçinin onların texniki göstəricilərilə tanış olublar.
Tələbələr və magistrantlar təcrübə zamanı təsərrüfatda formalaşdırılmış müxtəlif növ nərələrin törədici fondu, onların yetişdirilməsi texnologiyaları və balıqartırma və əmtəə məqsədilə istifadə qaydaları ilə tanış olublar.