İTV kanalında “Yurdum-Yuvam” rubrikası
Son illər qlobal iqtisadi-ekoloji sistemin deqradasiyası təbiət və cəmiyyətin qarşılıqlı davamlı hormoniyasına təhlükələr yaradır. Təbii mineral ehtiyatların tükənməsi, qlobal istiləşmə, kəskin iqlim dəyişilmələri ekoloji vəziyyəti böhran həddinə çatdırıb.Baş verən ekoloji dəyişikliklər biomüxtəlifliyin məhvinə səbəb olur. Bunun qarşısını almaq üçün təbiəti tanımaq, sevmək və qorumaq lazımdır.
Bu məqsədlə İctimai televiziyada “Sabahın xeyir, Azərbaycan” verilişinin yeni yaradılmış “Yurdum-Yuvam” rubrikasında Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının müdiri, b.e.n., dosent Əbülfəz Tağıyevin İctimai TV əməkdaşları ilə birlikdə Azərbaycanın müxtəlif ərazilərinə marşrutlar edilərək Azərbaycan təbiətində baş verən ekoloji dəyişikliklər və Azərbaycan Respublikasının Qırmızı Kitabının III nəşrinə daxil edilmiş bitki və heyvan növləri haqqında mütəmadi olaraq məlumatlar toplanaraq və süjetlər hazırlanacaq tamaşaçılara təqdim ediləcəkdir.