İsveçin Uppsala Universitetinin professoru ustad dersi təqdim etdi
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tələbələri üçün “Fotosistem II həyat tsikli” mövzusunda ustad dərsi keçib.
Professor mühazirədə fotosiitem II funksional və strukturu, qeyri hamarlığını, fotoingibə və bərpa olunması, ətraf mühitin stres amillərə qarşı həssaslığı, tilokoid membran quruluşu , domenləri mexanizmləri haqqında məlumat verdi. Dərsin sonunda tələbələrin sualları cavablandırıldı.
Tədbirdən sonra prof. F.Məmmədov Biologiya fakültəsinin dekanı prof. Afət Məmmədova , prof. Ralfrid Həsənov kafedra müdirləri prof. Ziyəddin Məmmədov, prof. Rövşən Xəlilov ilə bir araya gələrək hal-hazırda biologiya sahəsində problemlər və prespektivlər haqqında fikir mübadiləsi aparmışdır.