İstehsalat və pedaqoji təcrübələrə start verildi
16 fevral 2024-cü il tarixindən başlayaraq Biologiya fakültəsinin “Biologiya”, “Subioehtiyatları və akvakultura”, “Biotexnologiya” ixtisaslarında təhsil alan IV kurs tələbələrinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında, Fetal Mərkəz NS Genetics klinikası, “Azər Maya” Qapalı Səhmdar Cəmiyyəti, “Azza” Qapalı Səhmdar Cəmiyyəti, “Milla Dairy“ Məhdud Məsuliyyətli Cəmiyyət, “Avromak” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azerbaijan Fish Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti, Aqrar Xidmətlər Agentliyi Laboratoriyası, “Biyan products” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərfarm” LTD, SEBA Koreya Şərq Təbabəti Klinikası, "Veysəloğlu“ Məhdud Məsuliyyətli Cəmiyyət, “Ulduz” şokolad fabriki istehsalat müəssisələrində 9-14 həftə müddətinə təcrübələrinə, “Biologiya müəllimliyi” ixtisasında təhsil alan IV kurs tələbələrinin isə Bakı şəhərində yerləşən müvafiq tam orta ümumtəhsil məktəblərində tədris planına uyğun olaraq 9 həftə müddətində pedaqoji təcrübələrinə start verilmişdir.
Təcrübələrin başlanması ilə əlaqədar 16 fevral 2024-cü il tarixində Biologiya fakültəsinin dekanı Afət Məmmədova, kafedra müdirləri və təcrübə rəhbərləri ilə lV kurs tələbələrinin görüşü keçirilmişdir. Görüş zamanı tələbələrə təcrübələrin təşkili, müəssisələrin ünvanı, gediləcək yol xəritəsi ətraflı şəkildə izah edilmiş, yaranan suallar geniş şəkildə cavablandırılmışdır.