İstehsalat və Pedaqoji təcrübələrinə start verildi
Biologiya fakültəsinin bakalavr təhsil pilləsində təhsil alan lV kurs tələbələrinin İstehsalat və Pedaqoji təcrübələrinə start verildi
“Biologiya” və “Su bioehtiyatları və akvabitkilər” ixtisasında təhsil alan tələbələrin Elm və Təhsil Nazirliyinin müvafiq İnstitutlarında, “Bioloigiya müəllimliyi” ixtisasında təhsil alan tələbələrin isə Bakı şəhərində yerləşən müvafiq tam orta məktəblərdə tədris planına uyğun olaraq 16.02.2023-cü il tarixindən başlayaraq 9 həftə müddətində İstehsalat və Pedaqoji təcrübələri keçiriləcəkdir.
Biologiya fakültəsinin dekanı, kafedra müdirləri və təcrübə rəhbərlərinin iştirakı ilə 16.02.2023-cü il tarixində lV kurs tələbələrlə görüş keçirilmişdir.
Görüş zamanı fakültə dekanı, kafedra müdirləri və təcrübə rəhbərləri tələbələrə təcrübələrin gedişatı ətraflı şəkildə izah edilmiş, yaranan suallar geniş şəkildə cavablandırılmışdır.