İstehsalat təcrübəsi davam edir
10 Mart 2023 11:03

Biologiya fakültəsinin tələbələri Botanika İnstitutunda istehsalat təcrübəsində
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda istehsalat təcrübəsinə başlayıblar. İstehsalat təcrübəsi Biologiya fakültəsi ilə Botanika İnstitutu arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir.
BDU tələbələri Botanika institutunun şöbə və laboratoriyalarında həyata keçirilən elmi-tədqiqat işləri ilə yaxından tanış olur, nəzəri və praktiki biliklərə yiyələnirlər.
Təcrübə müddəti aprelin 19-dək davam edəcək.
Son XƏBƏRLƏR
20.10.2026 | 14:15
Biologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib
19.10.2026 | 14:07
Biologiya fakültəsinin I kurs tələbələri Universitetin muzeylərini ziyarət ediblər
15.10.2026 | 14:19
Biologiya fakültəsi TEC-in növbəti elmi seminarı keçirilib
07.10.2026 | 09:50