İstehsalat təcrübələri müvəfəqiyyətlə davam edir
Biologiya fakültəsinin IV kurs tələbələrinin istehsalat təcrübəsi davam edir. İxtisaslara uyğun olaraq tələbələr müxtəlif müəssisələrdə ixtisas təcrübəsi keçirlər. "Biologiya" ixtisası üzrə təhsil alan bir qrup tələbə hal-hazırda Biofizika Institutunda istehsalat təcrübəsi keçir. Tələbələr təcrübə müddətində rekombinant bakteriya kulturalarının əkilməsi, bakteriya klonlarının əldə olunmasını, membranlarının dağıdılması və bakteriyaların plasmidlərinin izolyasiyası metodlarını tədqiq edirlər. Tələbələrə kimyəvi lüminessensiya metodu vasitəsilə müxtəlif qatılıqlarda olan ZnCl2 məhlullarında inkubasiya edilmiş eritrositlərdə baş verən biokimyəvi dəyişikliklərin analizinin aparılması metodları izah edilib. Həmçinin tələbələr Biofizika institutunda Bioinformatika sahəsində geniş şəkildə istifadə olunan təməl kompüter proqramları ilə tanış olublar.
"Biologiya" ixtisasi üzrə təhsil alan digər qrup tələbələr Fetal NS Genetik Mərkəzdə və Genetik Ehtiyatlar İnstitutunda istehsalat təcrübəsindədirlər. Tələbələr toxuma nümunələrindən DNT izolyasiyası, vaxtından əvvəl doğulmuşların və 13 həftəlik dölün abortiv materialından analizlər aparılmasında iştirak ediblər. Genetik Ehtiyatlar İnstitutunda isə laboratoriyalarda aparılan tədqiqat işlərinə cəlb ediliblər.
"Biotexnologiya" ixtisasi üzrə təhsil alan bir qrup tələbə istehsalat təcrübəsini Azərmaya ASC həyata keçirir. Təcrübə zamanı mayanın satiş hissəsinin pH-na, duzluluğuna və qalxma reaksiyasina yoxlanış kecirilib. "Biotexnologiya" ixtisasi üzrə təhsil alan digər qrup tələbələr AZZA Qapalı Səhmdar Cəmiyyətində və Molekulyar biologiya və Biotexnologiyalar İnstitutunda təcrübə keçirlər.
Biologiya fakültəsi IV kurs tələbələri istehsalat təcrübələrini tədris planına uyğun olaraq kiçik qruplarla növbəli şəkildə ixtisas üzrə müxtəlif müəssisələrdə davam edəcəklər.