Impact faktorlu jurnalda növbəti məqalə dərc olunlub
BDU alimlərinin həmmüəllif olduqları elmi məqalə impakt faktorlu jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən İbrahimxəlil oğlu Xəlilovun və həmin kafedranın dosenti Aygün Namiq qızı Nəsibovanın həmmüəllif olduqları “Electron Paramagnetic Resonance Studies of Irradiated Grape Snails (Helix pomatia) and Investigation of Biophysical Parameters” (“Şüalanmış Üzüm İlbizlərinin (Helix pomatia) Elektron Paramaqnit Rezonans Üsulu ilə Öyrənilməsi və Biofiziki Parametrlərin Tədqiqi”) adlı elmi məqalə Web of Science və SCOPUS elmmetrik bazalarına daxil olan (IF: 4.927) “Molecules” jurnalında dərc olunub.
Məqalə Abşeronun müxtəlif ərazilərindən toplanmış və qamma radiasiya ilə şüalandırılmış çanaqlı üzüm ilbizlərinin biofiziki parametrlərinin tədqiqinə həsr edilmişdir. Tədqiqatlar Elektron Paramaqnit Rezonans spektroskopiyası, İnfraqırmızı spektroskopiya və “CANBERRA” Qamma spektroskopiyası ilə aparılmışdır. Aparılan tədqiqatlarda ionlaşdırıcı qamma radiasiyanın ilbiz orqanizmlərində yaratdığı yeni paramaqnit mərkəzlər araşdırılmışdır. Alınan nəticələr biotibbi tədqiqatlarda və ətraf mühitin biomonitorinqində mühüm əhəmiyyətə malikdir. Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar.
https://www.mdpi.com/1420-3049/28/4/1872