Hörmətli həmkarlar!
Bildiyiniz kimi 2024-cü il 2-4 sentyabr tarixlərində Türkiyə Respublikası Ege Universiteti, Azərbaycan Respublukası Bakı Dövlət Universiteti və Özbəkistan Respublikası Andijan Dövlət Universitetinin birgə əməkdaşlığı ilə “Avrasiyanın biomüxtəlifliyinin qorunması” mövzusunda II Beynəlxalq konfrans keçiriləcəkdir. Bu konfrans Avrasiya, xüsusən də Türk dövlətləri arasında bir müstəvidə qlobal prioritet olan ətraf mühitin pozulması nəticəsində insan rifahına problem yaradan məsələləri və onların yumşaldılması istiqamətində alimlər arasında tərəfdaşlıqda gələcək naminə yaranmış strategiyalara və son çağırışlara əsaslanacaqdır.
Konfransda Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova əsas dəvət edilmiş məruzəçi kimi “Ətraf mühitin bitkilərdən istifadə ilə bioindikativ qiymətləndirilməsi və idarə edilməsi” mövzusunda, Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov “Ultrabənövşəyi şüaların təsiri zamanı bitki membran sistemlerinde xinon molekullarının rolu” mövzusunda çıxış edəcəklər.
Konfransa materiallar aşağıdakı bölmələr üzrə qəbul edilmişdir:
- Avrasiyada genetik biomüxtəlifliyin problem və həlli yolları;
- Nadir bitki və heyvanlar mühafizəsi, onların bərpası;
- Su ekosistemlərinin biomonitorinqi və onların mühafizəsi;
- Avrasiyada fotosintezedici orqanizmlərin qorunması;
- Avrasiyada bakteriyaların, göbələklərin və onların simbiotik tərəfmüqabillərinin qorunması.
Konfrans proqramı ilə https://iceb.ege.edu.tr/ elektron səhifəsinə daxil olmaqla ətraflı tanış ola bilərsiniz.