Hidroponika və akvaponika sistemləri haqqında təlimlər
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin müəllim və tələbələri, həmçinin Mükəmməllik Mərkəzinin əməkdaşları üçün ABŞ -ın Danbury Hydroponics şirkətinin qurucusu Dylan Mehri (M.S.), Aquaponics Associate icraçı direktoru Joshua Dushchi (M.S.), Transparent Path şirkətinin baş direktoru Erik Uiver, Rooted Leaf Agritech şirkətinin baş direktoru Nick Nikolaev, Global GAP şirkətinn beynəlxalq satandartlar üzrə mütəxəssisi Fuad Ağayevin təqdimatları 11 iyun tarixindən «Zoom» platforması üzərindən onlayn təlimlər başlamış və hal-hazırda da davam edir. Təlimlər “Hidroponika və akvaponika”, “Qida istehsalı” və “Məhsuldarlıq və qida təhlükəsizliyi” mövzuları istiqam’tind’ təşkil edir. Adları qeyd edilən mütəxəssislər tərəfindən akvaponika və hidroponika sistemləri, strukturu, işləmə mexanizmləri, keyfiyyətli mühitin formalaşdırılması, keyfiyyətli məhsul, akvaponika və hidroponikaya ilə əlaqədar digər məsələlər, yarana biləcək problemlər idarəetmə məsələləri haqqında geniş məlumat, bilik və bacarıqlar təqdim edillir. Bu təlim kursundə mühazirələr, videolar, ədəbiyyat mənbələr və digər tipli məlumatlar vasitəsilə hidroponik və akvaponik systeminin öyrənilməsi həyata keçirilir.