Heydər Əliyev və Azərbaycan təbiətinin mühafizəsi
Biologiya fakültəsində “Heydər Əliyev və Azərbaycan təbiətinin davamlı mühafizəsi” mövzusunda dəyirmi masa keçirilib
30.03.2023-cü il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər sırasından “Heydər Əliyev və Azərbaycan təbiətinin davamlı mühafizəsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə fakültənin dekanı prof. Afət Məmmədova açaraq, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində təbiət elmilərinin inkişafı istiqamətində gördüyü işlərdən, təbiətimizin tarazlığının sabit saxlanılması vəgələcək nəsillərə ötürülməsi haqqında məlumat verdi. Daha sonra Molekulyar biologiya və biotexnologiyalar Institutunun baş direktoru akademik İradə Hüseynova "Heydər Əliyev Azərbaycan təbiətinin hamisidir”, Ailənin nümayəndəsi prof. Sevinc Hacıyeva "Ulu öndər və davamlı inkişaf", Millət vəkili prof. Kamilə Əliyeva "Heydər Əliyev siyasəti və kadr hazırlığı", Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndələrinin rəhbəri Elşad Əsgərov “Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri” mövzusunda məruzələrlə çıxış etdilər.
Tədbirdə Bakı Dövlət Universiteti rektorunun elm və təhsil üzrə müşaviri, AMEA-nın müxbir üzvü, prof Aydın Kazımzadə və Azərbaycan Republikasının Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun icraçı direktoru, prof. Şakir Qasımov, eyni zamanda fakültənin professor-müəllim heyəti, tələbələri, magistrantları və doktorantları da iştirak etmişlər. Çıxışlardan sonra Ulu öndər Heydər Əliyevin həyat fəaliyyətinin fraqmentlərini əks etdirən video çarx iştirakçılara təqdim edildi. Tədbirin sonunda qonaqlar tələbə və gənc tədqiqatçıların suallarını cavablandırdılar.