“Genetik Zəka Yarışı: Brain Ring” adlı intellektual turniri keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi Biologiya fakültəsinin və THİK-in nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə “Genetik Zəka Yarışı: Brain Ring” adlı intellektual turnir keçirilib.
Turnirin keçirilməsində əsas məqsəd tələbələrin intellektual potensialının inkişaf etdirilməsi, onların komanda işi bacarıqlarının gücləndirilməsi, eləcə də sağlam rəqabət mühitinin formalaşdırılması olub. Yarış iştirakçılara həm biliklərini nümayiş etdirmək, həm də məntiqi düşünmə və operativ qərarvermə bacarıqlarını sınamaq imkanı yaradıb.
Biologiya fakültəsi tələbələrinin bilik və çevikliklərini sınadığı yarışda 5 komanda 5 raund üzrə gərgin və maraqlı mübarizə aparıb. Müxtəlif mövzuları əhatə edən suallar iştirakçılar tərəfindən böyük maraqla cavablandırılıb və yarış boyu yüksək rəqabət mühiti müşahidə olunub.
Yarışın sonunda Biotexnologiya ixtisasının “BTX-176” komandası yüksək nəticə göstərərək bütün rəqiblərini geridə qoyub və turnirin qalibi olub.
Qalib komandanı təbrik edir, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.