Gəncliyimiz qürurumuzdur
9 Aprel 2024 12:33

Kimya və Biologiya fakültələrinin Könüllülər təşkilatlarının birgə əməkdaşlığı ilə "Gəncliyimiz qürurumuzdur" adlı tədbir keçirilmişdir.
Tədbir Gənclərin Karyera və Fərdi İnkişafı üzrə məsləhətçisi Günel Alızadənin çıxışı ilə başlamışdır. Günel Alızadə "Bizə karyera inkişafı nə üçün lazımdır?", "Karyeramızı davam etdirəcəyimiz sahələri seçərkən nələrə diqqət etməliyik?", "Karyera planlanması hansı formada aparılmalıdır?" kimi suallar ətrafında müzakirələr aparılmışdır. Həmçinin təcrübə proqramlarının karyerada əhəmiyyətindən, texniki bacarıqların önəmindən, interaktiv fəaliyyətdən və inkişaf üçün lazım olan şərtlərdən danışmışdır.
Tədbirin davamında tələbələr suallarını yönləndirmiş və mövzu ilə bağlı fikirlərini bildirmişlər. Tədbir xatirə fotosu çəkilərək yekunlaşmışdır.
Son XƏBƏRLƏR
26.10.2026 | 11:25
Gender bərabərliyi və sağlam münasibətlər mövzusunda təlim keçirilib
20.10.2026 | 14:15
Biologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib
19.10.2026 | 14:07
Biologiya fakültəsinin I kurs tələbələri Universitetin muzeylərini ziyarət ediblər
15.10.2026 | 14:19