“Filogenetik analiz: nəzəriyyədən təcrübəyə” mövzusunda təlim keçirilmişdir
Bakı Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Filogenetik analiz: nəzəriyyədən təcrübəyə” mövzusunda təlim keçirilmişdir. Məruzəçi ARETN Genetik Ehtiyatlar İnstitutu, Beynəlxalq Kompüter Genomikası laboratoriyasının elmi işçisi Ülkər Hüseynova-Mustafayeva filogenetik ağacın qurulmasını əyani şəkildə tələbələrlə birlikdə həyata keçirib. İştirakçı üzvlərimiz MEGA, iTOL kimi proqram təminatlarında filogenetik ağacın qurulmasının və modifikasiya olunmasının təməl anlayışlarına praktiki olaraq yiyələniblər. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və diqqətəlayiq müzakirələr aparılıb. Ən maraqlısı tələbələr əyani olaraq genomik proqramlaşmanın həyata keçməsi prosesində əyani olaraq iştirakçı ola bildilər.