Fakultənin alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin, Zoologiya və fiziologiya kafedrasının professoru Nəcəfov Canbaxış Əli oğlu, kafedranın dissertantı Həşimov Ramin Tahir oğlunun həmmüəllif olduqları “Histogenesis of myogenic recapitulation and myoblasts autonomous migration during lizard embryogenesis (Reptilia: Sauria)” (Kərtənkələnin embriogenezi zamanı miogen rekapitulyasiyanın histogenezi və mioblastların avtonom miqrasiyası (Reptilia: Squamata)) adlı elmi işi Web of Science elmmetrik bazasına daxil olan “Advanced Studies in Biology” jurnalında dərc olunmuşdur.
Tədqiqat işinin elmi yeniliyi, kərtənkələnin gövdə və ətraf əzələlərinin inkişafı zamanı ilk dəfə 11 rekapitulyasiya mərhələsi detalları ilə izah olunmuşdur. Mioblastların avtonom miqrasiyası zamanı ölən mioblastların kimyəvi taksis rolunu oynaması müəyyən edilmişdir.