Fakültə Elmi Şurasının növbəti iclası keçirildi
20.04.2023-cü il tarixində Biologiya fakültəsinin Fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir. Fakültə Elmi Şurasında gündəlikdəki məsələlər fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantların dissertasiya mövzularının, rəhbərlərinin müzakirəsi və təsdiqi, fəlsəfə doktoru proqramları üzrə təhsil alan doktorantların illik attestasiyalarının müzakirəsi və elmlər doktoru proqramı üzrə sifariş olunan yerə təqdim olunan namizədin sənədlərinin müzakirəsi , ikinci kurs magistrantların elmi və pedoqoji təcrübələrinin yekunlaşması məsələsi, dərslik və proqramların təsdiqi və digər cari məsələlər Elmi Şura üzvlərinin nəzərinə çatdırıldı geniş müzakirə olunduqdan sonra təkliflər səsə qoyuldu və qərar qəbul edildi.