"Erisin Çağrışı: Elm və Xaos" adlı seminar keçirildi
17 mart 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 3-cü kurs 169A qrupu tələbəsi Amin Nurəliyevin "Erisin Çağrışı: Elm və Xaos" adlı seminarı baş tutdu.
Seminar zamanı məruzəçi biologiyanın predmetindən, onun digər təbiət elmlərindən olan kəskin fərqlərindən, təkamülün biologiyada oynadığı mühüm roldan və bu anlayışın bəzən yanlış başa düşülməsindən bəhs etdi. Eyni zamanda, ölkəmizdə təkamül nəzəriyyəsinə olan yanaşmalar da müzakirə olundu.
Seminarın sonunda Amin Nurəliyev biologiyanın insan həyatındakı əhəmiyyətinə toxunaraq, TEC-in universitet daxilində bu elmin daha dərindən öyrənilməsinə verdiyi töhfələr barədə danışdı. Tədbir tələbələr arasında böyük maraqla qarşılandı və interaktiv müzakirələrlə yadda qaldı.