Elmi Şuranın növbəti iclası keçirilib
06 fevral 2025-ci il saat 13:00-da Biologiya fakültəsi Elmi Şurasının növbəti iclası baş tutub. İclasda təhsil və elmi fəaliyyətlə bağlı bir sıra vacib məsələlər müzakirə edilib.
Gündəlikdə aşağıdakı məsələlər yer alıb:
Qış imtahan sessiyasının nəticələri – İmtahanların gedişi, tələbələrin akademik göstəriciləri və nəticələrin təhlili aparılıb.
Kafedrada vakansiya üzrə müsabiqə – “Xalq qəzeti”nin 19 dekabr 2024-cü il tarixli 280(30684)-ci sayında elan olunan müsabiqəyə əsasən, “Zoologiya və fiziologiya” kafedrasında boş olan baş müəllim vəzifəsinə seçim qaydaları və namizədlərin qiymətləndirilməsi müzakirə edilib.
Doktorant və dissertantların illik attestasiyası – Elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantların illik fəaliyyətinin qiymətləndirilməsi aparılıb.
İstehsalat və pedaqoji təcrübələrin təşkili – Biologiya, subioehtiyatları və akvakultura, biotexnologiya ixtisasında təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi, biologiya müəllimliyi ixtisasında isə pedaqoji-internatura təcrübəsinin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Magistrantların elmi-pedaqoji təcrübəsi – İkinci kurs magistrantların elmi-pedaqoji təcrübələrinin təşkili və bu prosesin tədris planlarına uyğun icrası diqqət mərkəzində olub.
Cari məsələlər – İclasın sonunda digər təşkilati və inzibati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Elmi Şuranın iclasında geniş müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.