Elm Gününə həsr olunmuş dəyirmi masa keçirilib
-lg.jpg)
Biologiya fakültəsində Elm Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində fakültənin əməkdaşları, gənc tədqiqatçıları və tələbələri üçün elmi dəyirmi masa təşkil olunub.
“Gənc tədqiqatçıların biofizika sahəsində apardıqları elmi işlər və araşdırmalar” mövzusunda keçirilən dəyirmi masa Biofizika və biokimya kafedrasının baş müəllimi Aygün Nəsibovanın moderatorluğu ilə aparılıb.
Tədbirdə Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Biofizika və biokimya kafedrasının müdiri Rövşən Xəlilov, AR ETN Fizika İnstitutunun Radioekologiya və radiobiologiya laboratoriyasının müdiri Famil Hümbətov, fakültənin müəllimləri, magistrantlar və doktorantlar iştirak ediblər.
Dəyirmi masa zamanı kafedranın gənc doktorantlarının apardıqları tədqiqat işləri müzakirə olunub. Doktorantlar Səfiyyəxanım Babanlı və Günay Həsənovanın təqdimatları dinlənilib, onların elmi araşdırmaları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir zamanı doktorantlar ünvanlanan sualları cavablandırıb, səsləndirilən təklif və tövsiyələrə münasibət bildiriblər. Sonda iştirakçılar gənc tədqiqatçılara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.