Dr.Bing Yang tərəfindən seminar keçirilmişdir
20.12.2022 il tarixində BDU-nun Yeni bina Dəyirmi zalında Genom redaktəsi üzrə dünyanın aparıcı alimlərindən olan Missuri Universitetinin professoru Dr. Bing Yang tərəfindən “CRİSPR based Genome editing” mövzusunda seminarı keçirilmişdir.
Çıxış zamanı ilk növbədə Missuri Universitetinin yaradılma tarixi , hazırki istiqamətləri, nailiyyətləri, universitet ərazisində yaradılmış tədqiqat sahələri, laboratoriyaları haqqında məlumat verildi.
Seminar çərçivəsində, bitkilərin müxtəlif stres faktorlarına davamlılığının artırılması məqsədilə neqativ genlərin təyin edilərək mutasiya olunması, plazmid konstruksiyası və bakteriyaya yeridilməsi, bitki hüceyrələrinin transformasiyası ilə müxtəlif streslərə davamlı genotiplərin yaradılması bitkilərdə genomun redaktə edilmə texnologiyasının mexanizmləri haqqında geniş məlumatları auditoriyanln nəzərinə çatdırıldı. Həmçinin seminarda genomun redaktəsi texnologiyası vasitəsilə bitkilərdə CRISPR/Cas 9 rolu və sgRNA (bələdçi RNT) dizayn olunması üsulu barəsində məlumat əldə olunmuşdur.
Tal – effector nuclease və zinc finger nuclease texnologiyaları vasitəsilə genomun redaktə olunmasının üstünlüklərini, düyü bitkisində SWEET genlərinin susdurulmasının Xanthomonos cinsinə aid bakteriya növlərinin törətdiyi xəstəliklərə qarşı davamlılığinin əhəmiyyətini qeyd edildi. Prof. Bing Yangın genom redaktəsinin tətbiqindən və ərzaq təhlükəsizliyi üçün gələcək vədlər , bu istiqamətdə son illər aparılmış tədqiqatında nəticələri və effektivliyi geniş müzakirəyə səbəb oldu.
Sonda çoxsaylı suallar Prof. Bing Yang tərəfindən cavablandırıldı.