“Diqqət Əksikliyi və Hiperaktivlik Sindromu (DƏHS): Genetik və Epigenetik Faktorlar” adlı seminar keçirilib
Bakı Dövlət Universiteti Biologiya fakültəsinin məzunu Şövkət Əliverdibəyli “Diqqət Əksikliyi və Hiperaktivlik Sindromu (DƏHS): Genetik və Epigenetik Faktorlar” mövzusunda seminar təqdim etmişdir.
Təqdimatda DƏHS-in klinik simptomları, rastgəlmə tezliyi və diaqnostik meyarları barədə məlumat verilmiş, sindromun genetik əsasları – SLC6A3 (DAT1), DRD4 və SNAP25 genlərinin rolu izah olunmuşdur.
Seminarda həmçinin gen–mühit qarşılıqlı təsirlərinə və aktual elmi tədqiqatlarda epigenetikanın roluna diqqət çəkilmişdir. Real nümunələr əsasında uşağın genotipi ilə valideynlərin emosional vəziyyəti arasındakı əlaqələr göstərilmiş, genetik meyillərlə yanaşı psixososial faktorların da DƏHS inkişafında mühüm rol oynadığı vurğulanmışdır.
Şövkət Əliverdibəyli yekunda qeyd etmişdir ki, DƏHS heterogen və multifaktorial pozuntu olub, yalnız genetik deyil, həm də ətraf mühit və psixoloji amillərin təsiri altında formalaşır.