"Dayanıqlı İnkişaf Məqsədləri həftəsi" çərçivəsində gələcəyin bioloqları üçün “Zərərli vərdişlərlə mübarizə aparaq!” adlı seminar
Bakı Dövlət Universitetinin Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə birgə mübarizə aparaq” adlı maarifləndirici tədbir baş tutdu.
Tədbirdə BDU-nun Poliklinikasının həkim-terapevti Günay Allahverdizadə nikotin, alkoqol və narkotik maddələrin insan orqanizminə, xüsusilə də gənclərə verdiyi zərərlər və yaratdığı fəsadlar barədə ətraflı məlumat verdi.
Biologiya fakültəsi TGT-nin sədri Nigar Hüseynova isə siqaretin orqanizmdə yaratdığı dəyişikliklər, tənəffüs sistemi, ürək-damar sistemi və xərçəng xəstəliklərinə səbəb olmasına dair vacib məqamları iştirakçıların diqqətinə çatdırdı. Tədbirdə zərəli vərdişlərin fizioloji olaraq insan orqanizmində hüceyrə, toxuma, orqan səviyyəsində yaratdığı proseslər təqdimat şəklində nəzərə çatdırıldı. Həmçinin zərərli vərdişlərin insan sağlamlığı ilə bərabər sosial və psixoloji tərəflərin dəyişiklikləri, habelə cəmiyyətə və mənfi təsirləri barədə də maarifləndirmənin vacibliyi, tələbələr arasında sağlam həyat tərzinin təşviqini mühüm olması qeyd edildi.
Gənclərə mesaj olaraq unutmayaq: Sağlam gələcək sağlam seçimlərdən başlayır!