Charles Universiteti ilə əməkdaşlıq davam edir
BDU-nun Biologiya fakültəsi ilə Çexiya Respublikasının Charles Universitetinin Elmlər fakültəsi arasında əməkdaşlıq davam edir. 04 oktyabr 2023-cü il tarixində Charles Universitetinin Elmlər fakültəsinin dekanı prof. Jiri Zima, dekan müavini prof. İvan Nemec, Qeyri-üzvi kimya İnstitutunun direktor müavini Jiri Plocek, Qeyri-üzvi kimya kafedrasının müdiri prof. Petr Stepnicka, Zoologiya kafedrasının assistant professoru, ERASMUS koordinatoru Vera Opatova Biologiya fakültəsində olmuşlar. Görüşdə Biologiya fakültəsinin dekanı prof. Afət Məmmədova, kafedra müdirləri prof. Ülviyyə Həsənova, prof. Rövşən Xəlilov və fakültənin bir qrup müəllimləri iştirak etmişlər. Görüş zamanı universitetlərarası elmi əməkdaşlıq müzakirə edilmiş, beynəlxalq layihələr hazırlanması planlaşdırılmışdır.