Bursa Uludağ Universitetinin Professoru Sibel Taş BDU-da Elmi Seminar təqdim etdi
Bursa Uludağ Universitetinin Biologiya Bölümünün professoru Sibel Taşın, Bakı Dövlət Universitetinin Biologiya Fakültəsində "Eksperimental Hipotiroidizm Modelləri" mövzusunda seminar təqdim etdi.
Seminarın əsas məqsədi, tiroid hormonlarının kifayət qədər ifraz olunmaması nəticəsində inkişaf edən hipotiroidizmin laboratoriya heyvanlarında yaradılan eksperimental modellərinin əhəmiyyətini izah etmək olub. Professor Sibel Taşın, hipotiroidizmin patofizyoloji mexanizmlərini və müxtəlif eksperimental modelləri təqdim edərək, bu sahədəki tədqiqatların gələcək perspektivlərini müzakirə edib. O, həmçinin hipotiroidizmin induksiyası üçün pəhriz, cərrahi müdaxilə, dərman istifadəsi, genetik, radioaktiv və immunoloji modellərin tətbiqinin əhəmiyyətini vurğulayıb.
Tədbir zamanı, hipotiroidizmin müxtəlif klinik formalarda özünü göstərdiyini, həmçinin tiroid hormon çatışmazlığının müxtəlif orqan və toxumalara təsir edərək morfoloji və klinik əlamətlərin müxtəlifliyinə səbəb olduğunu qeyd etdi. Tədqiqatçıların bu modellərdən necə faydalana biləcəyinə dair tövsiyələr də seminarın əsas mövzusu olub.
Professor Taşın seminarın sonunda, hipotiroidizmin diaqnozu və müalicəsi mövzusunda çalışan tədqiqatçılara eksperimental modellər və laboratoriya nəticələrinin təhlili ilə bağlı məsləhətlərini bölüşdü.
Seminar, bu sahədəki tədqiqatların inkişafına böyük töhfə verib və yerli alimlər üçün yeni məlumatlar təqdim edib.