Buraxılış işlərinin müdafiəsinə start verildi
17 iyun 2022-ci il tarixindən etibarən Biologiya fakültəsində bakalavriatura pilləsi üzrə buraxılış işlərinin müdafiəsinə başlanılmışdır. 2021-2022-ci tədris ilində 104 nəfər ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbənin Yekun Dövlət Attestasiyası keçiriləcəkdir. Onlardan “Biologiya” ixtisası üzrə 40 tələbə, “Biologiya müəllimliyi” ixtisası üzrə 59 tələbə, “Su bioehtiyatları və akvabitkilər ixtisası” üzrə 5 tələbə olmaqla buraxılış işlərini müdafiə edəcəklər. “Biologiya” ixtisası üzrə komissiyanın sədri AMEA-nın müxbir üzvü, professor İlham Şahmuradov, “Biologiya müəllimliyi” üzrə komissiya sədri b.ü.f.d., dosent Anaxanım Yusifova, “Su bioehtiyatları və akvabitkilər” ixtisası üzrə komissiya sədri isə b.e.d., professor Şaiq İbrahimovdur.
Tələbələrimizə müvəffəqiyyətlər arzulayırıq!