BİTKİ ORQANİZMİN TAMLIQ PROBLEMİ
Bitki hissələrinin yüksək dərəcədə avtonomluğu haqqında fikir geniş yayılmış olsa da, izolə edilmiş orqanlar sərbəst həyat fəaliiyəti sürməyə qadir deyidir. Onlar mütləq çatışmayan hissəni bərpa edirlər ki, bu da bitki orqanizminin tamlığının əsasını təşkil edir. Tamlıq (vəhdət) - orqanizmin fizioloji, hərəki və morfogenetik proqramlann yerinə yetirilməsi zamanı toxuma və orqanların fəaliyyətini birləşdirmək (koordinasiya etmək) qabiliyyətidir.
Hal-hazırda bitki fiziologiyasında tənzimlənmə mexanizminin yalnız bəzi sahələri öyrənilmişdir. Bitki orqanizminin bütövlüyünə cavabdeh olan tənzimlənmə sistemlərinin ümumi nəzəriyyəsi hələ də tam olaraq işlənib hazırlanmayıb.
Hüceyrə, toxuma və orqanlar arasında mövcud olan trofık, hormonal və elektrofizioloji qarşılıqlı təsirlərin olması orqanizmin bütöv bir vəhdət kimi davranışını tam izah edə bilmir. Məsələn, hələ də tam olaraq aydınlaşdırılmayıb ki, ontogenezin ardıcıl mərhələlərinin həyata keçirilməsi zamanı bitkinin orqanlarını və funksional sistemlərini ümumiləşdirən amil hansıdır. Kartofda bitki orqanizminin fəaliyyəti, ilk növbədəvegetativ tumurcuqların inkişafına və köklərin böyüməsinə, sonra isə, çiçəklərin inkişafına və daha sonra kök yumrularının formalaşmasına istiqamətlənib. Bu problemin həll olunmasında bitki hormonları nisbətinin proseslərin gedişatına təsirinin çoxyönlülüyü hələ sonadək araşdırılmamışdır, bundan əlavə, tənzimlənmənin daha yüksək səviyyəsi olmalıdır ki, bu tənzimlənmə digər sistemləri də ümumiləşdirmiş olsun.Bu mənada hər bir izolə olunmuş orqanın inkişafına taktiki sxem kimi baxmış olsaq, o zaman bu modellərdən birlikdə istifadə edə bilməni elmi strategiya olaraq qəbul etmək olar.