Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilib
Səhiyyə Nazirliyi və nazirliyin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) birgə təşkilatçılığı ilə aprelin 19-dan 21-dək Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilib.
Beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, Milli Məclisin deputatları, Bakı Dövlət Universiteti Biologiya fakültəsinin professorları, Biofizika və Biokimya kafedrasının müdiri Rövşən Xəlilov və Genetika kafedrasının professoru Məcnun Babayev də iştirak edib. Biologiya fakültəsinin tələbələri olan Emil Vəliyev və Nigar Hüseynova tədbirdə könüllü olaraq aktiv fəaliyyət göstəriblər.
Birinci Türk Dövlətləri Kardioloji Qurultayına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Türkmənistan, Bosniya və Herseqovina, Şimali Kipr Türk Respublikasından kardiologiya sahəsində ixtisaslaşmış elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri qatılıblar.