“Biologiya müəllimliyi” ixtisasında Yekun Attestasiya - internaturanın hesabatları müzakirə edildi
Biologiya fakültəsinin Biologiya müəllimliyi ixtisası IV kurs tələbələrinin həftə ərzində Pedoqoji İnternaturanın yekun hesabatı keçirilmişdir. Hesabatda fakültə dekanı Afət Məmmədova, tədris işləri üzrə dekan müavini Kəmalə Əsədova, fakültənin müəllimi Gülnarə Quliyeva, pedaqoji internaturanın rəhbəri Nəzakət Hüseynova, kafedra müdirləri təcrübə rəhbərləri, o cümlədən pedaqogika və psixologiya üzrə təcrübə rəhbərləri iştirak etmişdir. Tələbələr Nəsimi rayon 5 nömrəli, Yasamal rayonu 18,153, 225, 53 nömrəli məktəblərdə, Səbayıl rayonu 132-134 saylı təhsil kompleksi və BDU-nun nəzdində Gənc istedadlar liseyində təcrübədə olmuşlar. Pedoqoji internatura rəhbərləri 16 fevral - 05 iyun tarixlərində məktəblərdə fəaliyyəti haqqında məlumat verdi.Tələbələrin hesabatları dinlənildi. Daha sonra tələblərin məktəblərdə tədris etdikləri nümunəvi dərslərin və digər pedaqoji fəaliiyət üzvlər tərəfindən müzakirə edildi və qiymətləndirildi.