Biologiya ixtisası üzrə tələbələrin istehsalat təcrübəsi növbəti müəssisədə
Biologiya fakültəsinin Biologiya ixtisası üzrə IV kurs tələbələrinin istehsalat təcrübəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Laboratoriyasında uğurla davam edir.
Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi 11 regional mərkəz və mərkəzi laboratoriyadan ibarətdir. Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi aqrar xidmətlər sahəsində tədqiqat, ekspertiza və sertifikatlaşdırma işlərini həyata keçirir. Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi toxumların sortluq və səpin keyfiyyətlərinə uyğun olaraq sertifikatlaşdırmanı, toxumluq əkinlərin qeydiyyatını, aprobasiyasını, əkin materiallarından nümünə götürərək toxumların səpin keyfiyyətinin müəyyənləşdirilməsini, seleksiya nailiyyətlərinin (bitki sortlarının) ekspertizasını və sınaqlarının keçirilməsini, kənd təsərrüfatı və digər təyinatlı torpaq sahələrində aqrokimyəvi tədqiqat işlərinin aparılmasının təşkilini, heyvan xəstəliklərinin laborator diaqnostikasını (müayinəsini) həyata keçirir, habelə toxum istehsalı ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin maddi və texniki bazası barədə rəy verir, bioloji metod sahəsində istehsalçılara metodik köməklik göstərir və tövsiyələr verir, səmərəli bioloji agentləri müəyyənləşdirir və laboratoriya şəraitində istehsal edir.
Tələbələr mərkəzin müvafiq strukturlarında müxtəlif cihaz və avadanlıqla tanış olmuş, aparılan analizlərin gedişini izləmiş və bəzi analizlərin aparılmasında iştirak etmişlər.