Biologiya fənni üzrə II Respublika Olimpiadasının mükafatlandırma mərasimi keçirilib
Mayın 22-də Bakı Dövlət Universitetində (BDU) ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Biologiya fənni üzrə II Respublika Olimpiadasının mükafatlandırma mərasimi keçirilib.
Olimpiadanın əsas məqsədi biologiya sahəsində istedadlı tələbələri aşkar etmək, onların elmi potensialını dəstəkləmək, müasir tələblərə uyğun mütəxəssis hazırlığına töhfə vermək və elmi biliklərin təbliğini gücləndirməkdir.
Elm və Təhsil Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin təşkilatçılığı və Təhsil İnstitutunun metodiki dəstəyi ilə keçirilən bu elmi yarışda ölkənin müxtəlif ali təhsil müəssisələrindən ümumilikdə 92 nəfər tələbə iştirak edib. Onlar arasında BDU, Azərbaycan Tibb Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Qərbi Kaspi Universiteti kimi universitetlərin tələbələri yer alıb.
Olimpiadada təqdim olunan suallar fənn üzrə ixtisaslaşmış müəllimlər tərəfindən hazırlanıb və beynəlxalq standartlara uyğun olaraq seçilib. Tələbələrə cavablandırmaq üçün 3 saat vaxt verilib.
Qaliblər:
I yer:
- Məmmədov Nurlan – Azərbaycan Tibb Universiteti, 2-ci kurs, Azərbaycan bölməsi
II yer:
- Azərpeyvənd Ələkbər – Bakı Dövlət Universiteti, 3-cü kurs, Rus bölməsi
- Ömürova Səbinə – Azərbaycan Tibb Universiteti, 2-ci kurs, Azərbaycan bölməsi
III yer:
- Həsənova İlahə – Bakı Dövlət Universiteti, 3-cü kurs, Rus bölməsi
- Əzimova Günay – Azərbaycan Tibb Universiteti, 2-ci kurs, Azərbaycan bölməsi
- Vəliyeva Şahnaz – Bakı Dövlət Universiteti, 3-cü kurs, Rus bölməsi
Həvəsləndirici mükafatlar:
- Əsgərova Nəzrin – Bakı Dövlət Universiteti, 4-cü kurs, İngilis bölməsi
- Qədirova Banu – Sumqayıt Dövlət Universiteti, 4-cü kurs, Azərbaycan bölməsi
- Ağayeva Aysu – Qərbi Kaspi Universiteti, 4-cü kurs, Azərbaycan bölməsi
- Paşayeva Esra – Azərbaycan Dövlət Pedaqoji Universiteti, 2-ci kurs, Azərbaycan bölməsi
- Qazıyev Niyazi – Lənkəran Dövlət Universiteti, 5-ci kurs, Azərbaycan bölməsi
- Rzayeva Günel – Gəncə Dövlət Universiteti, 4-cü kurs, Azərbaycan bölməsi