Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının dosenti Sevinc Hümmətova Geo-park, Geo-turizm və Eko-turizm proqramı üzrə Çex Respublikasında konfransda iştirakı
Avropa birliyinin Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində 4-7 sentyabr, 2022-ci ildə Çex Respublikasında keçirilən “Geo-park, Geo-turizm və Eko-turizm” mövzusunda konfransda iştirak haqqında
Konfransın məzmunu geoelmlərdə və geoturizmdə Yer irsinin təfsiri və tədrisi ilə bağlı olmaqla, artıq fəaliyyət göstərən geoparklar haqda məlumatı paylaşmaq, bu yöndə ilk addımlarını atacaq ölkələrin elm və təhsil ictimaiyyəti ilə qazanılmış təcrübəni bölüşmək məqsədi daşıyırdı. Qeyd etmək lazımdır ki, bu mənada Qafaqazın təbiətinə olan maraq xüsusi əhəmiyyət kəsb etdiyindən və Cənubi Qafqaza daxil olan Azərbaycan, Gürcüstan və Ermənistanda hələ heç bir geopark yaradılmadığından dəvət olunanlar sırasında ən çox saylı nümayəndə heyəti məhz bu 3 ölkənin təmsilçiləri idi. Azərbaycanı 4 nümayəndə - Ekologiya və Təbii sərvətlər Nazirliyi, Azərbaycan Turizm Agentliyi, Bakı Dövlət Universiteti və “Camping of Azerbaycan” özəl şirkətindən dəvət alanlar təmsil edirdi.
Konfrans müddətində Çex Respublikasında fəaliyyət göstərən geopark və geosaytlarla əyani tanış olmaq üçün maraqlı ekskursiyalar təşkil edildi. Və bu ərazilərə şagird və tələbələrin mütəmadi viziti ilə yanaşı, dərs prosesində də tapılan süxur maneralları, müxtəlif heyvan qalıqlarının laborator dərslərdə nümayişini əyani müşahidə etdik .
Konfransın bizə verdiyi ən böyük töhfə geoturizmin, ekoturizmin inkişafında geoparkların yerini və dəyərini bilməyimiz oldu. Qeyd etmək lazımdır ki, artıq Milli Park, qoruq, yasaqlıqla yanaşı daha çeşidli əhəmiyyəti və çox özünəməxsus təbiəti olan, tarixi abidələrin lokallaşdığı spesifik mədəni irsi, el adət ənənələrini konservasiya edib yaşadan əhalinin lokallaşdığı ərazilərdə geoturizmin inkişafına start vermək dövrü çatmışdır. Çox yaxın zamanlarda fəaliyyət göstərə biləcək geoparklar haqda ilkin müzakirələr potensial ərazilərin ölkəmizdə də az olmadığını göstərdi.
Yaxın günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində geoparkların Azərbaycanda yaranma perspektivləri mövzusunda görüş keçiriləcək və konfransda BDU nu təmsil edən əməkdaş kimi həmin müzakirələrdə iştirakım artıq nəzərdə tutulub. Düşünürəm ki, bu ərazilər müəyyən edilərkən və fəaliyyətə başladığı ilk dövrlərdə ETSN mütləq şəkildə BDU - nun botanik və zooloqlarının fauna və floranın öyrənilməsində iştiraknı təmin edəcəkdir. Və bizim fakültəmizdə təhsil alan tələbələrin də yeni yaradılacaq geoparklarda əmək fəaliyyətinə cəlb etməklə təhsildə davamlı inkişafın qarantı olmaq üçün BDU yeni imkanlar qazanacaqdır.
Zoologiya və fiziologiya kafedrasının dosenti Sevinc Hümbətova