Biologiya fakültəsinin tələbəsi Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən qrant müsabiqəsinin qalibi olub

Biologiya fakültəsinin tələbəsi Fatimə Miri Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən qrant müsabiqəsinin qalibi olub. Onun təqdim etdiyi “İlham Əliyev – Zəfər amili” adlı layihə dəyərləndirilərək dəstəklənməyə layiq görülüb. Layihə gənclər arasında dövlətçilik prinsiplərinin, suverenlik məfhumunun və 44 günlük Vətən müharibəsi gerçəklərinin daha geniş təbliğini hədəfləyir.
Layihə çərçivəsində vətənpərvərlik mövzusunda maarifləndirici təlimlər, ekspert görüşləri, yaradıcılıq müsabiqələri, sərgi və digər interaktiv fəaliyyətlər təşkil olunacaq. Proqramda Konstitusiya və suverenlik anlayışları, müasir informasiya təhlükəsizliyi, milli dayanıqlıq, liderlik və gənclərin cəmiyyətdə rolu kimi mövzuların aşılanması nəzərdə tutulur. Həmçinin gənclərin yaradıcı iştirakını təşviq edən esse, şeir və sərgi formatlı tədbirlər keçiriləcək.