Biologiya fakültəsinin tələbələrinin iştirak etdiyi BDU komandası Enactusda uğura imza atdı
13–15 iyun 2025-ci il tarixlərində keçirilmiş “Enactus Çempionlar Liqası Simulyasiya Düşərgəsi”ndə Bakı Dövlət Universitetinin Enactus komandası böyük uğura imza ataraq yarışmanın ikinci yerinin sahibi olub.
Qeyd edək ki, bu düşərgə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə təşkil olunub və burada ölkənin 18 ali təhsil müəssisəsini təmsil edən komandalar iştirak edib.
Yarışda fərqlənən BDU komandasının tərkibində Biologiya fakültəsinin iki tələbəsi — Qurbanəli Feyzullayev və Murad İsmayılov da yer alıblar. Tələbələrimizi bu uğurları münasibətilə təbrik edir, onları və bütün komanda üzvlərini qarşıdan gələn Enactus Azərbaycan Milli Yarışında yeni nailiyyətlər qazanmağa arzulayırıq.
Enactus — (Entrepreneurial Action Us) beynəlxalq proqramı 1975-ci ildə ABŞ-da təsis olunmuşdur. Bu platforma dünyanın 35-dən çox ölkəsində tələbələri, akademikləri və biznes liderlərini bir araya gətirərək, sahibkarlıq vasitəsilə daha davamlı və pozitiv gələcək qurmağa təşviq edir.