Biologiya fakültəsinin tələbələrinin Azərkosmosda infotur və elmi seminarda iştirak etmişdir
Bakı Dövlət Universiteti Biologiya fakültəsinin tələbələri Azərbaycan Respublikasının Kosmik Agentliyinə ekskursiya etmiş və Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində “Yaşıl dünya həmrəylik ili”nə həsr olunmuş seminarda iştirak etmişdir.
Tələbələrə ilkin olaraq Azərkosmosun İctimaiyyətlə əlaqələr, media və kommunikasiya şöbəsinin Baş mütəxəssisi Nigar Kazımova infoturda təşkilatın fəaliyyəti haqqında danışıb, peyk əməliyyatlar otağı ilə tanışlıq keçirib. Tələbələr həmçinin anten və radiotezlik qrupunun baş mütəxəssisi Coşqun Qarayev məlumatları ilə milli peyklərimizlə əlaqəni təmin edən peyk antenlərinin yerləşdiyi anten meydançası ilə tanış olublar.
Azərkosmosun Coğrafi İnformasiya Sistemləri mərkəzinin Torpaqşünaslıq və torpaq kadastri üzrə aparıcı mütəxəssisi Saleh Nəbiyev “Azərbaycan peyklərinin ekosistemlərin və biomüxtəlifliyin idarəolunmasında data imkanları” adlı təqdimatla çıxış etmişdir. İştirakçılar Aerokosmik Zondlama texnologiyalarının biologiya və ekologiya sahəsində tətbiq imkanları, həyata keçirilən layihələr və metodologiyalar haqqında informasiya almışdır.
Günün növbəti hissəsində Fakültənin dekan müavini Yusif Abiyev tələbələri yarımsəhra ekosisteminin biomüxtəlifliyi və nadir bitkiləri ilə əyani tanış etmişdir.