Biologiya fakültəsinin tələbələri Təbiət Tarixi muzeyinə ekskursiya edib
15 Dekabr 2025 12:01

Biologiya fakültəsinin “Biologiya müəllimliyi’’ ixtisası üzrə təhsil alan II kurs tələbələri fənn müəllimi Zoologiya və fizologiya kafedrasının dosenti Saleh Əliyevin rəhbərliyi ilə Həsən bəy Zərdabi adına “Təbiət Tarixi Muzeyi’’-nə ekskursiya etmişlər. Muzey Elm və Təhsil Nazirliyi tərkibində fəaliyyət göstərir. Tələbələr Zoologiya şöbəsində müasir və geoloji keçmişdə yaşamış onurğasız və onurğalı heyvanların skeletləri, müqəvvaları, izləri, xüsusi məhlullarda saxlanılan cəsədləri ilə tanış olmuşlar. Muzeydə dördüncü dövrə aid olan Binəqədi, Pirəkəşkül, Eldar hipparion, Mingəçevir və s. kolleksiyalar tələbələrin marağına səbəb olmuşdur.
Son XƏBƏRLƏR
26.10.2026 | 11:25
Gender bərabərliyi və sağlam münasibətlər mövzusunda təlim keçirilib
20.10.2026 | 14:15
Biologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib
19.10.2026 | 14:07
Biologiya fakültəsinin I kurs tələbələri Universitetin muzeylərini ziyarət ediblər
15.10.2026 | 14:19