Biologiya fakültəsinin tələbələri millət vəkili professor Kamilə Əliyeva ilə görüşüblər
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin tələbələri millət vəkili, BDU-nun Genetika kafedrasının müdiri, professor Kamilə Əliyeva ilə görüşüblər. Bu görüş gənc biologiya tələbələri üçün ilhamverici və məlumatlandırıcı bir tədbir olmuşdur.
Görüşdə ilkin olaraq Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova tələbələri sabahın davmlı təminatı üçün qarşısında duran vəzifələri nəzərə çatdırdı. Dekan Biologiya fakültəsinin məzunu millət vəkili Kamilə Əliyevanın həyat yolu haqqında və tələbələrə tovsiyələrinin əhəmiyyəti haqqında məlumat verdi.
Professor Kamilə Əliyeva öz karyera yolu barədə danışaraq, elmi nailiyyətləri və peşəkar uğurları ilə bağlı maraqlı məqamları paylaşdı. O, biologiya sahəsindəki uğurlarının arxasında duran əzmkarlıq və çalışqanlıqdan danışaraq, tələbələrə dəyərli tövsiyələr verdi.
Görüş zamanı K. Əliyeva tələbələrə bu sahədə uğur qazanmaq üçün əzmkarlıq və çalışqanlığın, elmdə yeniliklər və yeni texnologiyalara uyğunlaşmaq bacarığının əhəmiyyətli olduğunu vurğuladı.
Tədbir, iştirakçıları Kamilə Əliyeva ilə suallar verərək, müasir dünyada uğur qazanmaq üçün nədən başlamalı və nə etməli istiqamətində suallarını çatdırdılar. Belə görüşlərin gənc Biologiya fakültəsinin tələbələrinin gələcəkdə daha da motivasiyalı və məqsədyönlü olmasına töhfə verəcəyinə inanılır.