Biologiya fakültəsinin tələbələri istehsalat təcrübəsində
Biologiya fakültəsinin “Su bioehtiyatları və akvakultura” ixtisası üzrə təhsil alan tələbələr Neftçala rayonunda yerləşən “Azerbaijan Fish Farm” MMC, “Xıllı balıq” MMC, “KƏHF” MMC-də ekskursiyada olmuşlar. “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatında keçirilmiş praktiki təlimlərdə tələbələrə bildirilmişdir ki, nərə kompleksinin istehsalat gücü 10 ton nərə kürüsü, qara kürü, nərə cinsli balıqların kürüsü və 200 ton nərə cinsli balıqların əti təşkil edir. Bundan əlavə İqtisadiyyat Nazirliyinin “İqtisadi Zonaların İnkişafı Dövlət Agentliyi”nin nəznində “Neftçala Sənaye Məhəlləsi”də fəaliyyət göstərən və “KƏHF MMC”yə aid olan “Neftçala Balıq Yemi Zavodu”na səfər edilmişdir. Zavodda yemlər 2 üsulla istehsal olunur: ekstruziya və press. Əsas yemin illik 25 min ton istehsal gücü var. Bundan başqa tələbələr təcrübədə yemlərin istehsal texnologiyası və reseptlərin hazırlanma üsulu ilə tanış olmuşlar.