Biologiya fakültəsinin tələbələri Genetik Ehtiyatlar İnstitutunda
“BDU könüllüləri” təşkilatının Biologiya fakültəsinin könüllülərinin təşkilatçılığı ilə tələbələrin elmi biliklərini təcrübə ilə birləşdirmək məqsədilə Genetik Ehtiyatlar İnstitutuna elmi-maarifləndirici ekskursiya təşkil olunub.
Ekskursiya çərçivəsində tələbələr institutun müxtəlif tədqiqat laboratoriyalarını ziyarət edərək burada aparılan işlərlə yaxından tanış olublar. Onlara genetik ehtiyatların qorunması, biomüxtəlifliyin saxlanması, molekulyar biologiya və biotexnologiya sahəsində tətbiq olunan müasir metodlar barədə ətraflı məlumat verilib. Laboratoriya əməkdaşları tərəfindən preparatlar üzərində nümayiş olunan praktiki nümunələr ekskursiyanın əsas maraq doğuran hissələrindən olub.
Tədbir boyu iştirakçılar institut mütəxəssislərinə müxtəlif suallar ünvanlayaraq elmi araşdırmaların praktiki tərəfləri ilə bağlı biliklərini genişləndiriblər. Müzakirələr gənclərin tədqiqat marağını daha da artırmaq və onları elmə daha yaxınlaşdırmaq baxımından olduqca faydalı olub.